hemle

PAŞİNYANDAN ATƏŞKƏSƏ NƏZARƏTLƏ BAĞLI RİYAKAR AÇIQLAMA

Tarix:18-07-2020, 21:33
Baxış Sayı:425

“Ermənistan tərəfi Azərbaycanla sərhəddə atəşkəs rejiminə riayət olunmasına nəzarəti həyata keçirmək üçün etibarlı beynəlxalq monitorinq sisteminin yaradılmasını dəstəkləyir”.

ATESH,AZ saytı “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin rəhbər şəxsləri ilə keçirdiyi görüşdə bəyan edib.

“Bizim mövqeyimiz dəyişmir. Hamımız, nəhayət, atəşkəs rejiminin pozulmasına dair davamlı bəyanatlar dövründən çıxmalıyıq və atəşkəs rejiminə əməl olunmasından ötrü etibarlı beynəlxalq monitorinq sistemi yaradılmalıdır”, – deyə N.Paşinyan hərbçilərlə görüşündə söyləyib.

N.Paşinyan əlavə edib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində davam etdirilməlidir.

hemlemedia.az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı