hemle

ÜST bütün dövlətlərə məktub göndərdi

Tarix:18-08-2020, 16:45
Baxış Sayı:530

ATESH,AZ saytı yayımladı.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dövlətləri koronavirus peyvəndi ilə təmin etməyi hədəfləyən beynəlxalq COVAX mexanizminə qoşulmağa çağırıb.

TASS xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adanom Qebreisus bu barədə Cenevrədə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı bütün dövlətlərə məktub göndərib:

“Qlobal COVAX mexanizmi peyvəndlərin təmin edilməsi və risklərin aradan qaldırılması üçün vacibdir. Buna görə bu gün bütün ölkələrə bu mexanizmə qoşulmağa çağıran məktub göndərdim”, - deyə o qeyd edib.

Tedros Adhanom Qebreyesus effektiv koronavirus peyvəndi əldə olunduqdan sonra təklif olunan birgə fəaliyyət strategiyasını açıqlayıb: “Birinci mərhələdə ümumi riskin azaldılması üçün eyni vaxtda bütün iştirakçı ölkələrə müəyyən nisbətdə dozalar paylanacaq. İkinci mərhələdə isə ölkələrin təhlükə və həssaslığı nəzərə alınacaqdır”.

ÜST-ün baş direktoru vurğulayıb ki, dünya COVID-19 pandemiyasına qarşı mübarizədə birgə həllin tapılması üçün həmrəylik göstərməlidir.
ATESH,AZ

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı