hemle

Peyvəndlə bağlı xəbər var

Tarix:3-07-2020, 09:50
Baxış Sayı:448

“Hazırda 17 fərqli koronavirus peyvəndi klinik sınaq mərhələsindədir”.

hemlemedia.az saytı “Yeni Gündəm” saytına istinadən xəbər verir ki, bu barədə cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Anna Maria Henao-Restrepo brifinqdə məlumat verib.

O bildirib ki, hazırda dünyada klinik sınaqlarda olan 17 növ vaksinin nəticələri gözlənilir:

“Təcrübə prosesi çox aktiv həyata keçirilməkdədir. ÜST mütəxəssisləri nəticədən asılı olaraq peyvəndlərin effektivliyini qiymətləndirəcək”.

Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq, hazırda heç bir nəticənin əldə olunmaması səbəbindən koronavirus əleyhinə peyvəndinin nə zaman və nə vaxt hazırlanacağını söyləmək mümkün deyil.

Qeyd edək ki, son aylarda ABŞ, Avstraliya, Çin və bir sıra digər ölkələrin alimləri könüllülər və heyvanlar üzərində müxtəlif növ koronavirus peyvəndlərinin sınaqlarının başlandığını bildiriblər. Alimlərin gözlədikləri nəticələr alınmazsa, sözügedən vaksinlərin gələn ilədək hazır olacağını düşünmək mənasızdır.APA

Digər xəbərlər
10:44 Çay paketlərindəki təhlükə: Kif və bakteriya riski...
10:40 ChatGPT-yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!
10:36 Pensiyalar 2 günə veriləcək - RƏSMİ
10:33 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
10:17 Uzunömürlülüyün sirri: Ürək sağlamlığı üçün həftədə optimal yumurta sayı açıqlandı
10:08 Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək
10:04 Ağdaban qətliamından 33 il ötür
09:44 ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?