hemle

ABŞ-DA JURNALİST TRAMPI TRİBUNANI TƏRK ETMƏYƏ VADAR ETDİ – VİDEO

Tarix:9-08-2020, 22:51
Baxış Sayı:407

ABŞ Prezidenti Donald Tramp “CBS News”un jurnalistinin gözlənilməz sualından sonra mətbuat konfransını yarımçıq tərk edib.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, hadisə dövlət başçısının Nyu-Cersi ştatında çıxışı zamanı baş verib. Müxbir Paula Rid Trampın “Veteranların seçimi” layihəsinin onun administrasiyasının xidməti olması barədə sözlərindən sonra prezidentin yalanını ifşa etməyə çalışıb.

“Niyə “Veteranların seçimi” layihəsinin məhz özünüz tərəfindən həyata keçirildiyini təkrarlayırsınız? O, 2014-cü ildə qəbul edilib, bu, yalan bəyanatdır, cənab”, – jurnalist deyib.

Paula Rid bildirib ki, Tramp 2016-cı ildə dövlət başçısının postunu tutub.
Prezident növbəti sual üçün sözü başqa jurnalistə verməyə çalışıb, ancaq Rid onun sözünü kəsərək, sualı təkrarlayıb. Belə olduqda Tramp mətbuat konfransını kəsib, toplaşanlara diqqət ayırdıqlarına görə təşəkkürünü bildirərək, tribunanı tərk edib
ATESH,AZ

Digər xəbərlər
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...