hemle

Kiyevdə tutulan özbəkistanlı “Facebook”da “Putini, kadırovu və II Yelizavetanı öldürün” yazıb

Tarix:3-08-2020, 17:42
Baxış Sayı:520

Kiyevdəki bir bankı ələ keçirən özbəkistanlı Suxrob Kərimov “Facebook”da ərəbləri xain və qorxaq adlandıraraq ərəblərə və yəhudilərə cihad elan edib, Putinə, Kadırova və bütün siyasətçilərə qarşı çıxıb:

“İsraili tutmaq lazımdır. Kafirləri, İsrailin bütün rəhbərlərini öldürün. Heç kimə yazığın gəlməsin, siaysətçilərin başını kəsin. Ravvini, kilsədə çalışanları öldürün. Satqın müsəlmanları da öldürün. Hamını öldürün.

Cihad elan edirəm. Kafirləri öldürün. Kimi tanıyırsansa, öldür. Əvvəl Kadırovdan başlayın. Mən onun…

Putini, bu əclafı öldürün. Şeyxi öldürün. Onunla məzələnin. Britaniya kraliçası Yelizavetanı öldürün. Ölkəsindən asılı olmayaraq bütün siyasətçiləri öldürün. Bütn hakim və prokurorları öldürün. Sənə yaşamağa mane olan hər kəsi öldürün. Öldürün”.


ATESH,AZ saytı KONKRET.az saytına istinadən xəbər verir ki, bu haqda məlumatı Ukrayna mediası yayıb.

“Sosial mediaya görə, bu, əqli cəhətdən qeyri-sabit bir insandır. Terrorçu bel çantasında çox sayda partlayıcı maddə olduğunu iddia edir, öldürülərsə, partlayacağını deyir. Bildirir ki, ayağındakı kabel detonatora bağlanıb. Hələlik onun nə qədər ciddi olduğunu bilmirik. Buna görə də indi danışıqlar strategiyası seçilib”- 3 Avqust bazar ertəsi günü “Facebook”da Daxili İşlər Nazirinin müavini Anton Qeraşenko şərh edib.

Xatırladaq ki, Kiyevdə bankdakı girovların ələ keçirilməsi barədə bir mesaj gəlib. Naməlum şəxs şəhər mərkəzindəki bir bank filialına girib, bomba olduğunu söyləyib və polisə zəng etməsini istəyib.

Kiyevdəki Leonardo biznes mərkəzindəki bank filialını ələ keçirən şəxsin telekanalda canlı yayım tələb edib.

Sonradan onun tutulduğu məlum olub. Binanı ələ keçirən özbək, təxminən üç saat sonra jurnlaistlərə müshaibə verərəkən xüsusi təyinatlılar tərəfindən tutulub.

Babək Göyüş
ATESH,AZ

Digər xəbərlər
14:14 Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:03 İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi
13:43 Ermənistan sərhəddə eskalasiya əlaməti görmür: İrəvanın Zəngəzurla bağlı mövqeyi dəyişib?
10:46 Dünyada neçə ədər Mona Liza var? - Mona Liza haqqında bunları bilirdinizmi?
10:42 Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
10:35 Azərbaycandan Pakistana SİYASİ DƏSTƏK - Hindistanın hücumları pisləndi
10:33 DİN-dən əhaliyə xəbərdarlıq - Təhlükə var
10:31 Hitlerin intiharından saatlar öncə nələr baş vermişdi? - İlk dəfə açıqlanan sirlər