hemle

Azərbaycan xalqı düşmən tərəfə həm hərbi, həm də mənəvi zərbə endirdi" - DEPUTAT

Tarix:21-07-2020, 18:07
Baxış Sayı:551

ATESH,AZ saytı yayımladı. “Azərbaycan xalqı daima vətənin müdafiəsi üçün birlik göstərməyə hazırdır və bunu sübut etdi. Son həftə ərzində Ermənistan tərəfindən Azərbaycan sərhədinin Tovuz rayonunda cəhd göstərilən təxribatdan sonra, sözün əsl mənasında nümunəvi bir birlik və vətənpərvərlik nümayiş etdirilərək, düşmən tərəfə həm hərbi, həm də mənəvi zərbə endirdi”.

Bunu KONKRET.az-a danışan deputat Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki, istər hal-hazırda münaqişə ərazisi olan işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayon, istərsə də Azərbaycanın sərhəd zonasında düşmən tərəfindən törədilən hər hansı bir təxribat cəhdi sözsüz ki, özlüyündə çağırış gətirir: “Bu çağırış da vətənpərlik və vətənin müdafiəsidir. Bu gün biz rahatlıqla vətənin müdafiəsindən əmin ola bilərik, çünki nizami ordumuz, təkmilləşdirilmiş maddi-texniki hərbi bazamız mövcuddur. Artıq gənc sıravi əsgərlər, təhsil almış zabitlərimiz ordumuzun hər gün təkmilləşdirilməsində öz dəstəyini göstərir. Bu istiqamətdə dövlət qayğısının da öz böyük rolu var. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi gücümüzün təkmilləşdirilməsi, hərbiçilərin inkişafı, maddi-texniki imkanların genişləndirilməsi üçün daim göstərişlər verməklə, bu sahəyə büdcə ayırır. Bundan əlavə, hərbiçilərə, şəhid ailələrinə yaradılan imkanlar, təmin edilən imtiyazlar da dövlətin diqqət və qayğısının nümunəsidir. Son təxribat hadisəsi də özlüyündə yeni çağırış gətirdi və bu çağırış dəstəkləndi. Gənclərin könüllü olaraq qeydiyyatdan keçərək vətənpərvərlik nümayiş etdirməsi, həqiqi ordu sıralarına yazılması çağırışın dəstəklənməsinin sübutudur. Bir gün ərzində artıq on minlərlə gənc ordu sıralarına könüllü olaraq yazılmaq üçün hərbi komissarlıqlara istər yerində, istərsə də onlayn formada müraciət etdi. Bu, bir daha göstərdi ki, vətənini sevən Azərbaycan xalqı ölkə başçısının ətrafında birləşir, onun çağırışlarına dəstək verərək vətən naminə milli birlik ortaya qoyur. Həmçinin bu çağırışa əməl edərək könüllü olan şəxslər də sosial şəbəkələrdə foto yerləşdirərək öz növbələrində növbəti çağırışı yaratdı. Yəni bu çağırış paylaşımlar nəticəsində zəncirvari olaraq davam edir. Mən düşünürəm ki, bu, müsbət haldır və bunların nümayiş etdirilməsi ilə görürük ki, vətənpərvərlik sözlə yox, əməllə ölçülür”.

Nərgiz Mirzəyeva,

ATESH,AZ

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı