hemle

Deputatın oğlunun adına milyonluq mülklər üzə çıxdı - FOTO

Tarix:20-07-2020, 18:54
Baxış Sayı:398

Deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletidə binalar tikdirib.

ATESH,AZ saytı “Yeni Gündəm”-in xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həcənli qeyd edib ki, deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb.

Pərviz Vəliyev Kabuletidə ən azı 3 çoxmənzilli binaya sahibdir.

“Agmashenebeli küçəsindəki bu beşulduzlu otelin təməli isə 3 il əvvəl atılıb. İnvestiya dəyəri 200 milyon laridir Təxminən 65 milyon dollar. 40.000 kv.metrlik sahəsi olan və 400 nəfərin işləyəcəyi oteldə 220 otaq və 300 nəfərlik konfrans salonu nəzərdə tutulur. Hotelin investoru deputat Ağalar Vəliyevin oğluna məxsus “Kristal Building” LTD şirkətidir” – jurnalist qeyd edib.

C.Həsənli bildirib ki, Tiflisin Zemo Vedzisi küçəsindəki kompleksin tikintisi azərbaycanlı investorlara 120 milyon dollara başa gələcək: “Kompleksə beşulduzlu otel, iş mərkəzi, yaşayış binası və səhiyyə ocağı daxildir. İnvestor deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin şərik olduğu Kristal Building Ltd şirkətidir”.
ATESH,AZ

Digər xəbərlər
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...
10:11 Məktəblərdə payız tətilindən sonra dərslər başladı