hemle

DÖYÜŞƏ GETMƏK ÜÇÜN 7 MİNDƏN ARTIQ VƏTƏNDAŞ NAZİRLİYƏ MÜRACİƏT ETDİ

Tarix:18-07-2020, 20:06
Baxış Sayı:412

ATESH,AZ saytı yayımladı.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ordumuzun generalı, yüksək rütbəli hərbi qulluqçuları düşmən ordusundakından fərqli olaraq əsgərlərimizin önündə gedirdi.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Vaqif Dargahlı deyib ki, Azərbaycan Ordusunun hər bir zabiti, giziri, əsgəri öz arxasında Azərbaycan xalqını gördü, dayağını hiss etdi. İyulun 13-dən 17-dək 7 mindən artıq vətəndaşımız hərbi xidmətə getmək üçün Müdafiə Nazirliyinin rəsmi elektron poçt ünvanına məktub göndərib”.

Döyüşlər zamanı hərbçilərimiz arasında yaralıların da olduğunu deyən V.Dərgahlı qeyd edib ki, onlar hərbi tibb müəssisələrində müalicə alırlar. Yaralıların əksəriyyətinin müalicəsi qısa müddətdə başa çatacaq. Əminik ki, onlar tez bir zamanda sıralarımıza qayıdacaqlar. Yaralıların müalicəsi həkim nəzarəti altında davam etdirilir. Hərbi həkimlərimizin də fədakarlığını xüsusi vurğulamaq lazımdır.
ATESH,AZ

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ