ATESH,AZ saytı yayımladı.
Mən Quliyev Mūşfiq Eyvaz oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrində 23 il qüsursuz xidmət etmişəm. Hərbi xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin "V" bəndinə əsasən ordu sıralarından təxris olub, Bakı şəhər Qaradağ rayon, Lökbatan qəsəbəsi, Mədən küşəsi 1-də 08.11.2018-ci il tarixdə qeydiyyata düşmüşəm.
Azərbaycan Respublikası, Nazirlər Kabinetinin Bakı şəhəri, 6 avqust tarixli 174 nömrəli qərarına uygun olaraq, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ilə təmin olundum.
Lakin, mənzil kirayəsi xərclərinin verilməsi Qaradağ rayon İcra hakimiyyətinin maaliyyə xidməti tərəfindən süründürməçiliyə salınmaqla ödənilir. Maaliyyə xidmətinə cavabdeh şəxs Çərkəz müəllimdən mən bunun səbəbini soruşduqda, bildirir ki, tam ödənilməməsinin səbəbi dövlətin bu sahəyə cavabdeh strukturları tərəfindən tam həcmdə maliyyənin lazımi həcmdə Qaradağ rayonuna ayrılmamasıdır. Mən hal-hazırda anlaya bilmirəm ki, mənzil kirayəsi xərcləri aylıq ödənlir, rüblük ödənilir, yoxsa, əmi-dayı vasitəsilə ödənilir?! Beşinci ayın mənzil kirayə xərclərini almaq əvəzinə, hal-hazırda birinci, ikinci ayın mənzil kirayəsinin məvacibini alıram.
Bu kirayənin pulunu almamaq, Qaradağ rayonunun İcra hakimiyyətinin dövlət büdcəsindən ayrılmış vəsaitin iştahla yeyilməsinə göz yumaraq, Qaradağ rayonunda ev növbəsi və torpaq növbəsində olmağıma baxmayaraq, nə mənzillə, nə də torpaqla təmin olunmadığımı görüb, AR-nın Konstitusiyasının 12.1, 13,15,29.1, 43.2 maddələri və AR hərbi qulluqçuların xidmət etmə haqqında əsasnamənin 120-ci maddəsini Azərbaycan Respublikasının prezidentinin 28 dekabr 2011ci il tarixli 569 nömrəli fərmanını rəhbər tutaraq, bütün güc strukturlarına evlə təmin olunmam üçün müraciət etmişəm. Lakin bu günə qədər müraciətimə kağız üzərində baxılmışdır.
Çərkəz müəllim haqlı olaraq bildirir ki, kimə istəsəniz, müraciət edə bilərsiniz.
Hörmətli Miq.Az rəhbərliyi və kollektivi! Sizlərdən xahiş edirəm ki, bu ölkədə mənim müraciət edə biləcəyim şəxsin tapılmasında mənə yardımçı olasınız.
Hörmətlə: Dövlətimizin və dövlətçiliyimizin, müstəqilliyimizin uğrunda səhhəttini və sağlamlığını fəda etmiş, ehtiyatda olan mayor Müşfiq Quliyev.
ATESH,AZ