hemle

“AZERCELL”DƏN ABUNƏÇİLƏRİNİ SEVİNDİRƏN KAMPANİYA

Tarix:8-07-2020, 21:50
Baxış Sayı:526

İndi Azercell abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “ Azercell Telekom” MMC “Umico” ilə əməkdaşlığı çərçivəsində müştərilərini yeni kampaniya ilə sevindirir. Mobil operator iyul ayının 15-nə kimi balanslarını onlayn ödəmə (kredit və ya debet kartları ilə) və ya xüsusi ödəniş terminalları vasitəsilə artıran Fakturasız xətt abunəçilərinə 1,4% civarında keşbək hədiyyə edir.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, kampaniyadan faydalanmaq çox asandır: Android və IOS əməliyyat sistemlərini dəstəkləyən “Umico” mobil tətbiqini AppStore və ya PlayStore-dan yüklədikdən sonra müvafiq Azercell nömrəsi ilə qeydiyyatdan keçərək hər balans artırılmasından sonra 3131 qısa nömrəsindən daxil olan SMS-ə 24 saat ərzində təsdiq cavabı vermək kifayətdir.

Xatırladaq ki, Azercell müştəriləri Umico-dan istifadə edərək çox saylı üstünlüklərdən yararlana bilərlər. Həm Fakturasız, həm də Fakturalı Xətt istifadəçiləri tətbiqdə “Daha çox – Onlayn Xidmətlər” bölümündən istifadə edərək, topladıqları bonusları öz və ya digər Azercell abunəçisinin balansına yükləmək imkanına malikdirlər.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı