hemle

“E-Təbib” mobil tətbiqi koronavirusun yayılmasını azaltmağa kömək edir

Tarix:21-06-2020, 11:22
Baxış Sayı:376

“E-Təbib” mobil tətbiqinə qoşularaq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhvənizi verə bilərsiniz!”

hemlemedia.azsaytı Teleqraf.com-un xəbərinə görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (TƏBİB) Facebook səhifəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, “E-Təbib” - koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir:

“Bu tətbiq vasitəsilə Siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda və s.), Sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.
“E-Təbib” bluetooth texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.

Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər!

Tətbiqin köməyi ilə bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür”.

Tətbiqə necə qoşulma barədə də əlavə məlumat verilib:

“Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz:

İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin;

Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin;

SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;

Bluetooth qurğusunu işə salın.

“E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır”.

Müəllif: Teleqraf.com

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu