hemle

Paşinyan büdcə dəliklərini qanun pozucularının köməyi ilə yamamaq istəyir

Tarix:7-07-2020, 16:25
Baxış Sayı:392

Erməni baş nazir Nikol Paşinyan ötən bazar ertəsi Ermənistanda fövqəladə vəziyyət rejiminin yenə də uzadılacağını bəyan edib. Maraqlıdır ki, ölkədə bir çox açıqfikirli erməni siyasətçiləri ölkədə fövqəladə vəziyyət rejiminin artıq neçənci dəfə uzadılmasına baxmayaraq, ancaq epidemioloji baxımdan bunun praktik olaraq heç bir effekt vermədiyini bildirirlər. Reallıq isə budur ki, Paşinyan səlahiyyətlilərinin gördüyü “qabaqlıyıcı tədbirlər”ə baxmayaraq, ölkədə virusun yayılması ilə bağlı vəziyyət yalnız pisləşməyə dogru gedir.
Təbii ki, bir çox ölkələrdə olduğu kimi, Ermənistanda da, baha qiymətə satılmağına baxmayaraq, xalqdan maska taxmaq tələb edilir. Bu qanunu pozanlar isə 10 min dram cərimə olunurlar. Lakin, maraqlı da olsa, sadə ermənilər üçün bu qədər ağrılı cəriməolunmalara baxmayaraq, statistika ölkədə qayda pozuntularının sayının hər gün çoxaldığını bildirir. “Əgər bir ay əvvəl gündəlik 1000-1500 pozuntu hadisəsi qeydə alınırdısa, indi bu göstərici 2500-2800 arasında dəyişir. Yəni cəzalar, əslində, maska intizamını, ümumiyyətlə, artırmır”. Bu fikirlər ermənilərin “Qolos Armenii” saytına məxsusdur.
Qeyd edilməlidir ki, son dörd ayda ölkə xəzinəsinə yığılan ianələrin kəskin azaldığını bildirən, sayt bu ili may ayı ilə ötən ilin eyni ayını müqayisə edərək, ölkədə 24 milyard dram az vergi ödənildiyini xatırladır. Təbii ki, yaranmış kədərli mənzərəni müşahidə edən Paşinyan hakimiyyəti ölkə xəzinəsinə gəlir gətirmək üçün alternativ vəsait mənbələri axtarışındadır. Çox güman ki, cərimələrin artırılması belə alternativ mənbələrdən biridir. Maraqlıdır ki, erməni saytı da bunu istisna etmir.
Doğrudan da, ölkənin büdcə dəliklərini maskasız qanun pozucularının köməyi ilə yamamaq məcburiyytində qalan bir ölkənin hansı durumda olduğunu təsəvvür etmək elə də çətin deyil.
Ağasəf Babayev
ATESH,AZ

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?