hemle

Mübariz Mənsimov söyüş yazan əxlaqsızlara etiraz etdi

Tarix:7-07-2020, 13:11
Baxış Sayı:442

ATESH,AZ saytı Fedai.az saytına istinadən yayımladı.
İttiham edilərək həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimov ictimaiyyətə növbəti məktubunu ünvanlayıb.

Şirkət prezidentinin facebook səhifəsində yayılan məktubda bildirilir:

«Mən hər gün vəkillərin vasitəsilə baş verənlərdən xəbərdar oluram. Baxıram ki, mənim son məktubum bəzi insanlar tərəfindən yanlış anlaşılıb. Bəziləri isə, bu məktubu istədikləri kimi görmək və şərh etmək istəyiblər. Mənim dostlarıma və məni tanıyan insanlara giley-güzarımı fərqli şəkildə təqdim edib, buna siyasi don geyindirməyə cəhd edənlərə üzümü tutub deyirəm:

Mən heç bir zaman siyasətçi olmamışam və olmaq niyyətim də yoxdur. Siz mənim məktublarımı alıb onlara istədiyiniz rəngi verirsiniz. Bu azmış kimi, bəziləri guya məni müdafiə edir, əslində isə, tam əksinə, məni hədəfə çevirirlər. Xaricdə yaşayan mühacir blogerlər: sizin məqsədiniz məni dövlətlə üz-üzə qoymaqdır? Əsla! Mən hər zaman dövlətimin və prezidentimin yanında olmuşam və bundan sonra da belə olacaq. Mənim məktubumu əlinizdə bayraq edib nalayiq söyüşlərlə, əsası olmayan çağırışlarla yayınlarınızdan guya Mübariz Mənsimovu müdafiə edirsiniz. Lakin bütün bunlar nə mənə, nə də mənim azadlıqda olmağımı istəyənlərə lazımdır.

Mən heç bir zaman xaricdə oturub əxlaqsız ifadələrlə, ana-bacı bilməyən, söyüşlərlə xalqın adından danışanları dəstəkləmədim və bundan sonra da dəstəkləmərəm. Mən açıq və aydın şəkildə hər şeyi izah edirəm: məktubuma siyasi rəng verərək məni öz alətinizə çevirib özünüzü reklam etməyin. Mən, Mübariz Mənsimov, iş adamıyam. Mənim duruşum da, baxışım da hər kəsə bəllidir. Mən, nə olursa olsun, Azərbaycan dövlətinə və dövlətçiliyinə zərrə qədər də xələl gətirməsini heç kimə müsaidə etmərəm. Azərbaycan mənim vətənimdir. Azərbaycanın inkişafı və rifahı, hər bir vətəndaş kimi, mənim də başımın ucalığıdır».
ATESH,AZ

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?