hemle

Partlayışlar davam edir: Ərdoğandan təcili qərar – VİDEO

Tarix:3-07-2020, 16:20
Baxış Sayı:601

Türkiyənin Sakarya şəhərinin Xəndək qəsəbəsindəki fişəng fabrikində partlayış olub.

hemlemedia.az saytı Axar.az-a istinadən xəbər verir ki, partlayış güclü olduğundan səsi 40 kilometr uzaqlıqdan eşidilib. Hadisənin başvermə səbəbləri bəlli deyil.

Bölgəyə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 naziri Sakaryada partlayış baş verən bölgəyə göndərir.

Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca və Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq Sakaryaya yola düşüb.

Bundan başqa, Sakarya valisi Çətin Oqtay Qaldırım fabrikin ətrafında təhlükəsizlik tədbirlərinin aparıldığını deyib:

“Partlayış davam etdiyi üçün müdaxilə edə bilmirik. Fabrikin sahibindən əldə edilən məlumata görə, içəridə təxminən 150-200 nəfər var”.

***

Türkiyənin Sakarya şəhərinin Xəndək qəsəbəsindəki fişəng fabrikindəki partlayış nəticəsində 2 nəfər ölüb, 73 nəfər yaralanıb.

Bu barədə Xəndək bələdiyyə sədri Turqut Babaoğlu məlumat verib.
hemlemedia.az

Digər xəbərlər
08:55 Mətbəxdə gizli xərçəng təhlükəsi: Uşaqlar üçün risk böyüklərlə müqayisədə 16 dəfə yüksəkdir
08:53 Sarıcalı kəndinə növbəti köç karvanı yola salındı
08:51 Azərbaycan Ordusuna qoşulmaq istəyənlərin NƏZƏRİNƏ
08:47 Sürücülərin nəzərinə: 800 manatadək CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
08:43 Fəlakət qapımızı döyməmiş... - Ərdoğan İstanbulda gözlənilən zəlzələdən danışdı
16:40 Ümumdünya Əməyin Mühafizəsi Günü “Azəriqaz” İB-də qeyd olunub
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı