hemle

Çin uyğur qadınlarını sonsuzlaşdırmağı planlaşdırır - ŞOK FAKTLAR.. BƏŞƏRİ CİNAYƏT!!!

Tarix:2-07-2020, 19:09
Baxış Sayı:580

Sincan Uyğur Muxtariyyətinin dövlət sənədlərində aşkarlanan faktlara görə, Çin hakimiyyəti minlərlə uyğur qadınını sterilizasiya etməyi planlaşdırır.

hemlemedia.az saytı KONKRET.az saytına istinadən xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalında məqalə dərc edilib.

Məqalə Sintszyan-Uyğur Muxtar Rayonunda yerləşən Xotan şəhəri və qonşu Quma əyalətinin 2019-cu ildə ailə planlaşdırılması üçün büdcədən çıxarışlarına dair sənədlərə istinad edir. Sözügedən hər iki bölgədə əsasən uyğurlar məskunlaşıb.

Nəşrin sənəddən çıxardığı məlumatlara görə, Çin hökuməti şəhərdə 14,8 min, əyalətdə isə 8 mindən çox qadının sterilizasiyasına maliyyə ayırıb. Bildirilir ki, sənədlərdə bir il ərzində planlaşdırılan adam başına düşən sterilizasiyanın sayı son 20 il qeydə alınan ümumi saydan daha çoxdur.

Məqalədə qeyd olunub ki, bu siyasət xüsusilə uyğurların üstünlük təşkil etdiyi bölgələrə tətbiq olunur. Belə ki, 2015-ci ildən 2018-ci ilə qədər əsasən uyğurların məskunlaşdığı bölgələrdə doğuş nisbəti 84 faiz azalıb, ölkədə buna dair ortalama göstərici isə 4,2 faiz təşkil edib.

Qeyd edək ki, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin qınaqlarına baxmayaraq Çin hakimiyyəti uzun illərdir uyğurlara qarşı assimilyasiya siyasəti yürütməyə, onların milli-mədəni haqlarını pozmağa davam edir.
hemlemedia.az

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?