hemle

Daşkəsəndə qohumlar arasında qanlı dava - Təfərrüat

Tarix:2-07-2020, 15:25
Baxış Sayı:364

Daşkəsən rayonunda bibisi oğlunu bıçaqlamaqda ittiham olunan Abbas Kamalovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ATESH,AZ saytı Teleqraf.com saytına istinadən verdiyi xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə ötən il dekabrın 30-da Daşkəsən rayonunun Quşçu kəndində baş verib.

Hadisə nəticəsində İsmayıl Kamalov döş qəfəsindən bıçaqla ağır yaralanıb. Yaralı ağır vəziyyətdə olduğu üçün Gəncə şəhər 3 saylı xəstəxanasına gətirilib. Bıçaq daxilə nüfuz edərək, ağciyər toxumalarını zədələyib. Əməliyyat olunan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəni zərərçəkmişin dayısı oğlu Abbas Kamalovun törətdiyi məlum olub.

Məlum olub ki, 4 ildir Abbas Kamalovun dayısıoğlu ilə aralarında torpaq üstündə davası olub. Zərərçəkmiş dəfələrlə dayısı oğlu tərəfindən hədələnib.

İstintaq orqanı tərəfindən Abbas Kamalovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Müəllif: Hacı Zeynalov
hemlemedia.az

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR