hemlemedia.az saytı veteran.az saytına istinadən yaydı.
Türk alim, dossent doktor Ali Arslan bəyin Türkiyə Respublikası baş naziri yanında Atatürk Araşdırma Mərkəzinin Atatürk Kültür, dil və Tarix Yüksək Qurumunda yazılıb saxlanılan bu dəyərli yazısını sizlərlə paylaşmağı son dərəcə vacib hesab edirik. Yazı Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümə edilib. Rəsmi qaynaqlara istinad edilən bu elmi çalışmada qeyd edilən tarixlərdə Naxçıvanda qəhrəmancasına mübarizə və rəhbərlik etmiş şəxsiyyətlərin fəaliyyəti işıqlandırılır. Hansı ki, onlardan çoxunun adları bu gün ümumi Azərbaycana hələ də daha dəqiq və geniş mənada bəlli deyil.
Naxçıvanın rus idarəçiliyinə girməsi
Gürcüstanı ələ keçirdikdən sonra Şimali Qafqaz və Cənubi Qafqaza tamamilə hakim olmaq istəyən ruslar hələ 1827-28-ci illərdə İran müharibəsindən əvvəl Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla bütün Azərbaycanı ələ keçirmişdilər. Bu hədəfləri istiqamətində rus-İran savaşının başlanğıcında ruslar İrəvan və Naxçıvana hücum etmişdilər. Rusiyanın Qafqaz orduları baş komandanı general Paskeviç, Təbrizin 72 km uzaqlığında strateji əhəmiyyəti çox böyük olan Naxçıvan xanlığını işğal etmək istəyirdi. Bu sayədə Abbas Mirzənin paytaxtı təhdid edə biləcək və mühasirə altında tutulan İrəvana göndəriləcək hər cür yardımını əngəlləyəcək idi. Ruslar çox da çətinlik çəkmədən Naxçıvan şəhərini 26 iyun 1827-ci ildə ələ keçirdilər. Xanlığa tamamilə hakim olmaq istəyən ruslar fransız hərbi mühəndisləri tərəfindən düzəldilən və Araz bölgəsini kontrol altında tutan Abbasabad qalasına qarşı hücuma başlamışdırlar. Abbas Mirzənin köməyə gəlməsinə baxmayaraq, Cavanbulaqdakı toqquşmanı ruslar qazandı və Abbasabad qalası 7 iyul günü təslim oldu. Beləliklə, Naxçıvan xanlığı süqut etdi və bir rus əyaləti vəziyyətinə gətirildi.
1828-29-cu illər Osmanlı-rus müharibəsi nəticəsində məğlub olaraq ruslarla müqavilə stoluna oturan Osmanlı dövlətinə də, Ədirnə müqaviləsi ilə Azərbaycan Naxçıvan xanlığının artıq rus torpaqlarına daxil olduğu qəbul etdirilmişdi.
Naxçıvanın azad edilməsi üçün Osmanlı tərəfindən həyata keçirilən çalışmalar
İttihad və Tərəqqi hələ iqtidara gəlməmişdən əvvəl Qafqaz müsəlmanları ilə maraqlanmağa, onların əsarətdən qurtarmasına kömək etməyə cəhd etməyə çalışmışdı. Osmanlı dövlətində iqtidarı ələ aldıqdan sonra da ittihadçılar eyni istiqamətdə çalışaraq Qafqaz müsəlmanları ilə birbaşa sərhəddə olmaq üçün səylər göstərmişdilər. 1917-ci il Bolşevik İnqilabından sonra imzalanan Ərzincan müqaviləsi (18 dekabr 1917) ilə ruslar Şərqi Anadoludan çəkilməyə başladılar. Ancaq rus ordusunun çəkilərkən işğal altındakı bəzi əraziləri erməni və gürcülərə təslim etdiyi məlum oldu. 1917-ci il inqilabından sonra rus ordusunun dağılmağa başlaması prosesində gürcülər və ermənilər mütəşəkkil silahlı qüvvələr təşkil etməyə başlamışdılar. Bunun nəticəsi olaraq 1918-ci ilin əvvəllərində ermənilərin tam təşkilatlı bir korpusu və iki tümeni ilə könüllü üç taboru, bir süvari taboru və bir neçə milis taboru qurulmuşdu. Ermənilər İrəvan mərkəz olmaqla Ərzurum, Qars, Van, Bitlis, Muş, Naxçıvan və Zəngəzuru da əhatə edən bölgədə bir erməni dövləti qurmaq üçün öz birləşmələrini təşkil etməyə yönəlmişdilər.
Qafqaz müsəlmanları ermənil komitələrinin bölgədə müsəlman türklərə qarşı hücum və təhdidləri qarşısında Osmanlı ordusunun irəliləməsini və özlərini xilas etməyi gözləyirdilər. Bu ərəfədə davam edən brest-Litovsk müzakirələrində də bir nətciəyə gəlinmirdi. Rus ordusunun faktiki olaraq dağılması nəticəsində bölgədə bir xaos meydana gəlməsi ehtimalı var idi. Bu cür hadisələrin olması ehtimal edildiyindən Osmanlı ordusunda bəzi islahatlar aparıldı. Ferik Vehib Paşa rəhbərliyindəki 3-cü ordu yenidən nizamlandı. Buna görə 4-cü ordu korpusu Mirliva Əli İhsan Paşaya, 1-ci Qafqaz korpusu polkovnik Kazım Qarabəkirə, 2-ci Qafqaz korpusu Mirliva Yaqub Şevki Paşaya verildi. Həyata keçirilən hərəkat nəticəsində Ərzincan, Trabzon, Ərzurum və Batumi işğaldan azad edildi. Kazım Qarabəkir 25 aprel 1918-ci ilə qədər erməni qüvvələrinin Qarsı boşaltmasını tələb etdi. Nəticədə bu tələb yerinə yetirilərək Qars 25 apreldə Osmanlı ordularına təslim edildi. Osmanlı hökumətinin hədəfi 1877-ci ildən əvvəlki bölgəyə hakim olmaq və bu şəkildə sərhədləri müəyyən etmək idi. Bu vəzifə 3-cü orduya verilmişdi. Bu sərhədlər xaricindəki hərəkatlar ancaq bir təcavüz qarşısında keçirilməli idi.
Ermənilərin zülmü altında yox olmağa məhkum edilmiş türkləri xilas etmək üçün 3-cü ordu komandanlığı 15 may 1918-ci ildə Arpaçayın şərqinə keçməyi, Gümrünü dərhal ələ keçirməyi əmr etdi. Bu arada Rumiyə gölünün qərbi ilə Naxçıvanın cənubuna yerləşən ermənilər ingilis və amerikalılardan yardım alırdılar
-cü korpus Dilman Hoy-Makuda toplanaraq Rumiyə gölünün qərbindən; 1-ci Qafqaz ordu korpusu da Culfanın şimalından hərəkətə keçərək bu bölgədən erməniləri çıxardılar. Beləliklə, Araz çayının cənubu ermənilərdən təmizlənmiş oldu.
14 iyul 1918-ci ildə 4-cü odru korpusu komandanlığına erməni komandir Andranikin Naxçıvana gedərək hücum hazırlığında olduğunu və bölgədəki türk kəndlərində toplu qətliam həyata keçirdiyi bildirildi. 4-cü korpusun Naxçıvanı xilas etmək vəzifəsi, 3-cü ordu komandanlığı tərəfindən 11-ci Qafqaz tümeninə verildi. Naxçıvan 3000 piyada, 500-600-ə qədər erməni süvarisinin işğalı altında idi. 19 iyul 1918-ci ildə Osmanlı 11-ci Qafqaz tümeni ilə 12-ci piyada tümeninin Culfadakı piyada alayı ilə Naxçıvana doğru hərəkətə keçdi. Türk qüvvələri 20 iyul 1918-ci ildə Naxçıvana girdi. Andranikin əmrindəki erməni qüvvələri şərqə doğru çəkildi. Beləliklə, Naxçıvan erməni işğal və zülmündən qurtulmuş oldu. Bundan sonra Kazım Qarabəkir Paşa 1918-ci ilin avqustunda qərargahını naxçıvana daşıdı. Xüsusilə ermənilərin yenidən Naxçıvana sızmamaları üçün bəzi tədbirlər gördü./12News.az/