hemle

Korrupsiya İdarəsindən əməliyyat — Vəzifəli şəxs həbs edildi (ÖZƏL)

Tarix:22-06-2020, 19:10
Baxış Sayı:505

Azərbaycanda vəzifəsinin icrası ilə əlaqədar rüşvət verməkdə və digər ağır cinayətlərdə ittiham olunan şəxs həbs edilib.


hemlemedia.az saytı Demokrat.azsaytına istinadən xəbər verirki, Əhmədov Murad Fərhad oğlu Baş Prokuror yanında Korrupsiya İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.


İttihama görə, Murad Əhmədov vəzifəsinin icrası ilə əlaqədar rüşvət tələb etməkdə, daha yüksək vəzifəli şəxsə rüşvət verməkdə, çoxsaylı dələduzluq etməkdə ittiham olunur.


İstintaq davam edir .


Fariz Məlikli
Demokrat.az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı