hemle

Sahil Babayevin haqq-hesabı... Zaur Əhməd yazır.

Tarix:20-06-2020, 19:41
Baxış Sayı:834

hemlemedia.az saytı Zaur Əhmədin müsahibəsini çap edib.!!!
Bu gün Milli Məclisdə deputat Qüdrət Həsənquliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayeylə bağlı layiqli fikirlər səsləndirib. Bəli. Sahil Babayev nazir təyin olunandan sonra ən yaxşı işi qotur danaları kasıb camaata sıramaq oldu. Ayaqüstə qırxı çıxan inəkləri kəl qiymətinə aformut edən nazir və onun yaxın ətrafı ilə bağlı bu cür adekvat fikirlərin Milli Məclisdə səslənəcəyi şübhəsiz idi. Heç kim ağız-burun büzməsin. Mən Sahil Babayevin ən sevimli nazirlərdən sayıldığı vaxtlarda da sözümü deyib, yazımı yazmışam. Biz gənclərin önünün açılmasının tərəfdarı olmuşuq. Ümid edirdik ki, bütün gənclər bizim kimi xalq, dövlət maraqlarını üstün tutur və səlahiyyət sahibi olanda camaata gün ağlayacaqlar. Ancaq Sahil Babayev və gənclərdən ibarət komandası bizə qısa müddətdən yanıldığımızı xatırlatdı. Hətta sələfi Səlim Müslümova rəhmət oxutduran addımları da oldu. Heç olmasa, Səlim Müslümov "çörək verən adam" idi, amma gənc nazir işıq gələn yerə barmaq tıxamaqla ad çıxardı. Nə isə sözümün canı başqadır.
Karantin dönəmi Sahil Babayevi xalqın gözündə "günah keçisi" elədi. Xalq haqlı idi. Ölkə başçısı insanların sosial vəziyyətinin yaxşılaşdırılması siyasətini ona tapşırmışdı. Amma Sahil Babayev ağır dönəmdə Prezidentin etimadını doğrultmadı, xalqın gözündən də düşdü. Zatən bir dəyərdə deyildi, olan-qalan imici sıfırın altına düşdü. Mənə görə xalq hər zaman haqlıdır.
Bəli, 190 manatlıq müavinətin təyinatı olduqca ağır proses idi. Təsəvvür edin ki, yüz minlik maşını, 50 evi olan adam da müraciət edir. Bəs o müraciətləri kimlər araşdırdı, kimlər əziyyət çəkdi? Təbii ki, yüzlərlə sıravi işçi. Bu yük Məşğulluq Mərkəzlərindəki kasıb camaatın balalarından ibarət işçilərin boynuna düşmüşdü. Bildiyim qədəriylə həmin ərəfədə gün ərzində 14-15 saat belə işləmək zorunda qalmışdılar. Minlərlə insanın problemini dinlə, ah naləsini eşit, axırda da...
Əldə etdiyim məlumata görə , Sahil Babayev 190 manat prosesində əziyyəti olan onlarla sıravi işçinin əziyyətini yüksək "qiymətləndirib". Elə təkcə Bakıdakı Məşğulluq Mərkəzlərində çalışan yüzə yaxın işçıni ixtisar adı ilə işsiz qoyub. Özü də karantin dövründə. Halbuki Prezident İlhan Əliyevin "heç kimi işdən çıxarmayın" mesajına rəğmən. Belə görünür ki, Sahil Babayev birbaşa vəzifəsi olan sosial siyasətin əleyhinə gedir. Bu, bir tərəfə, axı o işçilər son iki ayda bir ilin işini görüb, əziyyətini çəkiblər. Bu qədər ədalətsizlik olmaz axı.
Azərbaycanda ədalət tərəzisi illərdir ki, yaxşı işləmir. Amma bir məqamı unutmayaq. Bizdə tərəzi illərlə yaxşı işləməsə də, qəflətən öz ədalətini göstərir. İnanıram ki, Sahil Babayevin də ədalət tərəzisinin bir gözünə qoyulacağı gün uzaqda deyil. O zaman yoldaş, Babayevin nazir kimi gördükləri ortaya çıxacaq. Tələsməyin..
hemlemedia.az

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı