hemle

DİM inzibati binalarında vətəndaşların qəbulunu dayandırır

Tarix:20-06-2020, 10:22
Baxış Sayı:396

Nazirlər Kabinetinin bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarına uyğun olaraq 2020-ci il iyunun 22-dən etibarən Dövlət İmtahan Mərkəzinin Bakı, Gəncə və Lənkəranda yerləşən inzibati binalarında vətəndaşların qəbulu dayandırılır.
Mərkəzdən verilən məlumata görə, DİM-in digər şəhər və rayonlarda yerləşən inzibati binalarında vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə qeyri-iş və imtahan günləri istisna olmaqla, saat 09:30-dan 17:00-dək həyata keçirilir.

Sosialxəbər.az bildirir ki, Bundan əlavə, vətəndaşların müraciətləri 1653 “Çağrı Mərkəzi” vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin, məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı