hemle

DİM -DƏN VƏTƏNDAŞ QƏBULU İLƏ BAĞLI MÜHÜM QƏRAR

Tarix:9-06-2020, 20:54
Baxış Sayı:394

Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda olan regional bölmələrində 10 və 11 iyun tarixlərində vətəndaşların qəbulu həyata keçirilməyəcək.

Mərkəzdən ONN media -ya verilən məlumata görə, vətəndaşların qəbulu iyunun 12-si və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.

Xatırladaq ki, DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Vətəndaşlardan yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:10 Yadplanetlilərlə bağlı sirr üzə çıxdı: ABŞ-ın silah proqramının bir hissəsi imiş
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi