hemle

21 iyunda dünyanın sonu olacaq?- Mayya təqvimi ilə bağlı daha bir ilginc ididia

Tarix:18-06-2020, 17:37
Baxış Sayı:475

2012-ci il 12 dekabrda dünyanın yox olacağına dair proqnozlarla gündəmə gələn Mayya təqvimi yenidən müzakirə olunur. Pablo Taqaloquin adlı bir elm xadimi olduqca maraqlı açıqlamalarla gündəmə gəlib.

Turkustan.info xəbər verir ki, o, “Jülyen təqvimi ilə baxsaq, əslində indi 2020-ci il yox, 2012-ci ildir. Dünya bir həftədə yox olacaq”,- deyib.

Mayyalar astronomik və riyazi bilgiləri ilə hazırladıqları təqvimlə indi də dünyada tanınır. Mayyaların 5125 illik Haab təqvimi isə illərdir müzakirə olunur. Bu təqvimə görə, dünyanın sonunun 2012-ci ildə gələcəyi iddia olunurdu. Məhz buna görə 2012-ci il 12 dekabrda bir çoxları dünyanın məhv olacağını iddia edirdi. Dünya əhalisi sona hazırlaşırdı. Hətta Hollivud məhz bu öncəgürümlərə dayanaraq “2012” adlı film də çəkmişdi. Ancaq indi başqa iddia ortaya atılıb.

Pablo Taqaloquin bildirib ki, təqvimlə bağlı indiyə qədər düşünülənlər yanlışdır: “Əslində təqvimə əsasən indi 2012-ci ildir. Dünya bir həftəyə yox olacaq”.

Ancaq Pablonun bu sözlərinin çox müzakirə olunduğu sosial şəbəkə hesabları bağlanıb. Əvvəlcə “Linkedın” və “Instagram”, daha sonra isə “Twitter” hesabı silinib.
Astronom Fil Playt isə bildirib ki, 21 dekabr 2012-ci il Jülyen təqviminə görə əslində 21 iyun 2020-ci il olması iddiası doğru deyil: “12 dekabr 2012-ci il Mayya təqviminin Qriqoryan təqviminə çevrilməsi nəticəsində əldə edilib. Buna görə də bunu Jülyen təqviminə də uyğunlaşdırmaq doğru deyil. Bu,məntiqli olmaz”.

NASA da bunabənzər açıqlama ilə çıxış edərək söyləntinin həqiqəyə uyğun olmadığını deyib. /Cebhe.info/

Digər xəbərlər
09:27 İrana bu qüvvə hücum edəcək, yeni dövlət yaradılacaq - Ssenari
09:24 Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil
09:20 Türkiyədə 75 nəfərlik qrup itkin düşdü
09:18 ŞOK İDDİA: "Xameneini qəsdən sağ buraxıblar ki..."
09:16 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI
22:56 Biz Türkiyə mediasından bunu gözləmirdik! - RƏSMİLƏR NİYƏ SUSUR?
22:53 ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin
22:50 Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var