hemle

TÜRKPA-nın Baş katibi Azərbaycan xalqını təbrik edib

Tarix:16-06-2020, 20:41
Baxış Sayı:390

Yayımlayan: www.Fedai.az
15 iyun 2020-ci il tarixində TÜRKPA-nın «COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması» mövzusunda onlayn videokonfrans formatında iclası təşkil edilib.

Bu qurumdan Trend-ə verilən məlumata görə, videokonfransda çıxış edən TÜRKPA Baş katibi Altınbek Mamayusupov 15 iyun — Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik etmiş və bu tarixi günün Azərbaycan üçün əhəmiyyətindən bəhs edib.

Eyni zamanda, iclas zamanı Baş katib Prezident cənab İlham Əliyevin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə imzaladığı Sərəncama əsasən yaradılan Komissiya haqqında qeyd etmişdir. Beləliklə, Baş katib su ehtiyatlarının düzgün qiymətləndirilməsi, su ehtiyatlarının və balansın elektron idarə edilməsi və elektron nəzarət sisteminin yaradılmasının qarşıdan gələn illərdə Azərbaycan üçün ən vacib məsələlər sırasında olduğunu vurğulayıb.

Videokonfransda üzv parlamentlərdən və Özbəkistandan olan millət vəkilləri, üzv ölkələrin Azərbaycandakı səfir və səfirliklərinin nümayəndələri, üzv ölkələrinin müvafiq nazirlik və qurumlarından, həmçinin BMT İnkişaf Proqramı (UNDP) və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə nümayəndəliyinin ekspertləri də iştirak edib.

Digər xəbərlər
21:52 Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi
21:49 "Melissa Group"un vətəndaşın başına uçurduğu EV SÖKÜLÜR
21:47 Azərbaycanla Rusiya arasında MÜZAKİRƏ - Postmünaqişə dövründə...
21:45 Trampdan Maskla bağlı BƏDBİN AÇIQLAMA: "Münasibətlərimiz əla idi, amma..."
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia