hemle

BAŞ PROKURORLUQDA YENİ TƏYİNATLAR – SİYAHI

Tarix:16-06-2020, 18:57
Baxış Sayı:436

Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturunun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

ONN media Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Elnur Musayevə yeni yaradılmış Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib, Ramil Məcidov Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Aynur Osmanova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları idarəsinin rəisi, Ceyhun Kazımov yeni yaradılmış Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Erkin Əlixanov yeni yaradılmış Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi, Vüqar Əliyev isə yeni yaradılmış Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Baş prokurorun imzaladığı digər əmrlərlə Fərid Nağıyevə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib, Zamir Mahmudov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəisi, Kamal Talıbov Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi-idarə rəisinin müavini, Mehman Hümmətov Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, İsfəndiyar Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini, Əmir Ocaqverdiyev isə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.

Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR