hemle

DİN-dən Xaçmazdakı hadisələr barədə - Açıqlama

Tarix:16-06-2020, 13:23
Baxış Sayı:414

Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda baş verən bir neçə yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 15-də saat 17 radələrində Xaçmaz şəhərinin Bakı prospektində Çaykənarı kənd sakini E.Şabanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Mürsəlqışlaq kənd sakini Oqtay Hüseynovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa, həmin gün saat 22 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində Siyəzən rayon sakini T.Əliyev idarə etdiyi “VAZ-21102” markalı avtomobillə yolu keçən Xaçmaz şəhər sakini Nurməhəmməd Seyidəliyevi və Bakı şəhər sakini İ.Şahbazovu vurub.

Nəticədə N.Seyidəliyev hadisə yerində ölüb, İ.Şahbazov xəstəxanaya yerləşdirilib.

Daha bir yol qəzası iyunun 16-da, gecə saat 2 radələrində baş verib.

Xaçmaz rayonunun Nabran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qaradağbuduq kənd sakini Arif Vəliyev vurulub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər üç faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Müəllif: Hacı Zeynalov

Digər xəbərlər
11:45 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:24 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
09:44 Dəmir yolunda qatarlar buna görə gecikir - Səbəbi AÇIQLANDI
09:40 Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"