hemle

Qubernator amerikalılara çağırış etdi: Ona təslim olmayın

Tarix:Dünən, 12:02
Baxış Sayı:468

Qubernator amerikalılara çağırış etdi: Ona təslim olmayınKaliforniya qubernatoru Qevin Nyusom ABŞ prezidenti Donald Trampı səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib və amerikalıları ona müqavimət göstərməyə çağırıb.

Bu barədə o, xalqa müraciətində bildirib.

"Donald Trampın ən çox istədiyi şey sizin ona sadiq olmanız, susmağınız, eyni zamanda ortaq olmağınızdır. Ona təslim olmayın!", - deyə qubernator vurğulayıb.

O əlavə edib ki, Kaliforniya Ağ Ev liderinin yolunda ilk ola bilər, amma sonuncu deyil.

Xatırladaq ki, iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri hədəf almaq üçün keçirdiyi reydi etirazçılarla toqquşmaya çevrilib. Elə həmin gün Kaliforniya qubernatoru Qevin Nyusom Tramp administrasiyasının federal maliyyələşdirmədə mümkün kütləvi ixtisarlara cavab olaraq ştatın federal vergiləri ödəməkdən imtina edə biləcəyini deyib.

Digər xəbərlər
20:55 Azərbaycanda sosial müavinətlərin məbləği ARTIRILDI - FƏRMAN
20:53 Onlar üçün aylıq təqaüd 50 MANAT ARTIRILDI - FƏRMAN
20:50 Bu rayonun bir sıra əraziləri QAZSIZ QALACAQ
20:48 Naxçıvan konstitusiyasına dəyişikliklər layihəsi Milli Məclisə göndərildi
20:46 Azərbaycanda telekanal rəhbəri vəzifəsindən AZAD EDİLDİ
20:44 Qarabağda Ermənistan istehsalı olan minaların basdırıldığını etiraf etdilər
20:41 Vətən Müharibəsi Qəhrəmanları hər ay 2200 manat təqaüd alacaqlar
14:21 Dondurma sevənlərə XƏBƏRDARLIQ - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALIR