hemle

“Zəngəzur dəhlizi”nin qarşısını İran aldı: Xameneinin müşavirindən sensasion iddia

Tarix:Dünən, 13:04
Baxış Sayı:455

 

İran İslam Respublikasının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, İran “Zəngəzur dəhlizi” yaratmaq cəhdinin qarşısını alıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb. Bu gücün bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana tez və qətiyyətlə reaksiya verməsi idi.

“Bəzi ölkələr “Zəngəzur dəhlizi”nin yaradılması bəhanəsi ilə Naxçıvanı Azərbaycanla Ermənistan ərazisi ilə birləşdirməyə cəhd edəndə - mahiyyətcə bu layihə İran dəhlizinin Avropaya bağlanmasını qarşısını almaq idi - İran İslam Respublikası bu plana qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu”, - deyə Vilayəti bildirib.

Vilayəti iddia edir ki, Co Baydenin özü də ABŞ prezidenti vəzifəsində olarkən dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu etiraf edib, lakin bu layihənin həyata keçirilməsinə mane olan İran olub.

“Bu bəyanat onu göstərir ki, İran İslam Respublikası hətta Rusiyanın dəstəyi olmadan belə, ağıllı diplomatiya yolu ilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qoruyub saxlamağa və NATO-nun nüfuzunun qarşısını almağa nail olub”, - Vilayəti bildirib.

O qeyd edib ki, İranın Cənubi Qafqazda bacarıqlı və strateji mövcudluğu təkcə milli maraqların müdafiəsi deyil, həm də xarici qüvvələrin regionun işlərinə qarışması üçün güclü maneədir.

Vilayəti vurğulayıb ki, “Zəngəzur dəhlizi”nin son məqsədi təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaqdır.

Digər xəbərlər
13:11 Sabaha olan hava PROQNOZU
13:10 2026-cı ilin Formula 1 təqvimi açıqlandı: Azərbaycan Qran-Prisi bu tarixdə keçiriləcək
13:09 Sabah bu şəhərdə qaz olmayacaq
13:08 Rusiyaya gedənlərin nəzərinə: Bu şəxslərin girişi qadağan edilir, həbs olunacaqlar
13:07 Düşüncələri alt-üst edən araşdırma: Təyyarədə ən təhlükəsiz oturacaq bəlli oldu
13:06 Paşinyan hücuma keçir: Ermənistanın baş naziri II Qaregini devirmək üçün qrup yaradır
13:05 Ermənistan Rusiyanı Azərbaycanla sərhədə niyə buraxmır? - Cavab belə oldu
13:04 “Zəngəzur dəhlizi”nin qarşısını İran aldı: Xameneinin müşavirindən sensasion iddia