hemle

"Azəriqaz" İB-nin baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirib

Tarix:Bu gün, 16:45
Baxış Sayı:505



SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qəbələ rayonunda baş tutub. Qəbulda "Azəriqaz" İB-nin rəhbərliyi ilə yanaşı, Birlik yanında İctimai Şuranın sədri Elçin Salmanov da iştirak edib. Baş direktor Qəbələ, Oğuz, Şəki, Balakən, Bərdə və Şamaxı rayonlarından qəbula üz tutan 27 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıblar. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

Digər xəbərlər
17:40 Taksilərdə yeni tələblər - Dəyişikliklər var
17:37 Onlar ölkədən çıxa bilməyəcək
17:35 Pensiya alanların nəzərinə - Dəyişiklik edilir
17:28 Bu həkimlər 9000 manat cərimələnəcək
17:21 Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda
17:19 Kirayə qalanlara ŞAD XƏBƏR
17:11 Qanunsuz abort və süni mayalanmaya görə cəzalar sərtləşdirilir
17:05 Aİ liderləri Azərbaycanla Ermənistanı təbrik etdi