İran yaxın 1 ay ərzində turistləri qəbul etməyə hazır vəziyyətdə olacaq.
ONN media xəbər verir ki, bu açıqlama ilə İranın Turizm nazirinin müavini Vəli Teymuri çıxış edib.
O qeyd edib ki, İran beynəlxalq sərhədlərin açılması istiqamətində işlərə başlayıb:
“Ötən 2 həftə ərzində İranda 4,2 milyon yerli turistin turist məkanlarında qalması qeydə alınıb”.
ONN İnformasiya Agentliyi