hemle

YENİ EPİDEMİYA SÜRƏTLƏ YAYILDI — 872 NƏFƏR…

Tarix:10-06-2020, 20:25
Baxış Sayı:470

Bütün dünya koronavirusla mübarizə apararkən Sinqapurda denqe qızdırması yayılmağa davam edir.

ONN media xəbər verir ki, son 1 həftə ərzində 872, son 2 gündə 165 yeni yoluxma faktı aşkarlanıb.

“The Straits Times”ın xəbərinə görə, Milli Ekologiya Agentliyindən verilən məlumatda 2020-ci il daxil olandan bəri ölkədə 12 nəfərin bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.

Denqe qızdırması virusuna insanlar ağcaqanadlar vasitəsilə yoluxur. İnkubasiya dövründən sonra yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümcül ola bilir.

Yoluxmalar adətən yağış mövsümünün olduğu iyun-sentyabr və dekabr-mart dövrlərində artır. (publika.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ