hemle

Daha iki cüdoçumuz AÇ-də bürünc medal qazandı

Tarix:26-04-2025, 13:36
Baxış Sayı:445

Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 

Murad Fətiyev (90 kq) bürünc mükafata sahib çıxıb.

O, üçüncü yer uğrunda görüşdə fransalı Aleksis Metyunu məğlub edib. 

Zelim Tçkayev (81 kq) isə üçüncü yer uğrunda görüşdə moldovalı Petru Pelivana qalib gəlib. 

Daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Digər xəbərlər
21:33 Ukrayna və Rusiya ikinci raundda anlaşacaqmı? – İstanbul görüşünün şifrələri
21:09 Bu sərnişinlər 30 manat cərimələnəcək
21:05 Azərbaycanda bu cərimə 500 manata qaldırıldı
16:18 Trampdan Netanyahuya İranla bağlı ŞOK XƏBƏRDARLIQ
11:45 Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciəti
11:43 Azərbaycanda bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
11:38 Məşhur marmeladlarda narkotik AŞKARLANDI - Uşaqlar xəstəxanaya yerləşdirildi
11:34 Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başladı