hemle

Avropa çətin mübarizə ilə üz-üzə: Yeni dünya nizamının liderləri bu ölkələr olacaq

Tarix:Dünən, 09:58
Baxış Sayı:455



Yeni dünya nizamına üç ölkə rəhbərlik edəcək: Rusiya, Amerika Birləşmiş Ştatları və Çin. Uzun müddətdir ki, inkişaf etməyən Avropa lider mövqeləri uğrunda sərt mübarizə aparır.

Bu barədə Argentina prezidenti Xavyer Miley “Radio Neura”-ya müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, bütün dünya gözümüzün önündə yenidən qurulur və İkinci Dünya müharibəsinin başa çatmasından bəri bildiyimiz dünya nizamı artıq ölüb. Siyasətçi yeni dünyaya rəhbərlik edəcək ölkələrin də adını çəkib.

"ABŞ Amerikaya, Rusiya Avrasiyaya, Çin isə Rusiyanın tabeliyində olmayan Asiyanın bir hissəsinə rəhbərlik edir. Avropa çətin mübarizə aparır, o, vahiməyə qalib gəlməlidir. Çünki Avropa çox uzun müddətdir ki, inkişaf etməyib", - Xavyer Miley qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, dünyada planetin müxtəlifliyini əks etdirən yeni nizam formalaşır və bu prosesləri dayandırmaq olmaz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, hazırda demokratik çoxqütblü dünya nizamının formalaşması gündəmdədir. Nazirin sözlərinə görə, daha ədalətli və dayanıqlı dünya nizamı hər kəsin gözü önündə gedir.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...