hemle

Rusiyada son 14 ilin ən böyük hərbi səfərbərliyi: Moskva nəyə hazırlaşır?

Tarix:7-04-2025, 09:34
Baxış Sayı:440

Rusiyada hərbi xidmətə yaz çağırışı aprelin 1-dən iyulun 15-dək keçirilir.

Bu il 160 min yeni çağırışçının hərbi xidmətə cəlb olunması planlaşdırılır ki, bu da 2011-ci ilin payızından bəri ən yüksək göstəricidir.

2008-ci ildə xidmət müddəti 12 aya endiriləndə çağırışçıların sayı xeyli artmışdı. 2009-cu ilin yazında 305,6 min nəfərin orduya çağırıldığı zaman pik həddinə çatdı.

Sonrakı illərdə çağırışçıların sayı getdikcə azaldı. Rusiyanın bütün müasir tarixində ən az çağırışçı sayı 2022-ci ilin payızında hərbi xidmətə çağırılıb - 120 min nəfər. Builki yaz çağırışı son 14 ildə ən böyük çağırışdır. Çağırışçıların sayındakı bu artım Rusiya Prezidenti Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin mərhələli şəkildə artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. Əgər 2022-ci ilin əvvəlində Rusiyada 1 milyona yaxın hərbi qulluqçu var idisə, növbəti üç il ərzində bu rəqəmin 1,5 milyona çatdırılması planlaşdırılır.

Digər xəbərlər
22:20 Ermənilərin sərhədimizə D-30-lar yerləşdirdi: Nəyə hazırlaşırlar?
22:18 Kampaniya başladıldı: İranda türk dili rəsmi dil olsun!
22:08 Azərbaycan və NATO arasında Qətərdə danışıqlar oldU
22:05 İctimai yerdə söyüş söyənlər cərimələnə bilər? - Açıqlama
22:01 "Samsung"un yeni smartfonu yalnız iki ölkədə satışa çıxarılacaq
21:59 Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
21:58 Ordumuzun mövqeləri atəşə tutuldu
21:56 Metrodakı yeniliyə görə xüsusi avtobuslar təşkil ediləcək?