hemle

İctimai yerdə söyüş söyənlər cərimələnə bilər? - Açıqlama

Tarix:9-04-2025, 22:05
Baxış Sayı:455

Məlum olduğu kimi ictimai yerlərdə siqaret çəkmək və siqaretin kötüyünün hara gəldi atılmasının qarşısını almaq üçün ölkəmizdə inzibati cəza tədbirləri mövcuddur. Etiraf etməliyik ki, bu cəza tədbirinin tətbiqindən sonra ictimai yerlərdə siqaret çəkənlərin sayı kəskin azalıb. İndi isə digər bir məsələ gündəmə gəlib. İctimai yerlərdə ayrı-ayrı adamların söyüşlə danışmağı ciddi narahatlıq doğurur.

Maraqlıdır ki, bir çox ölkələrdə bu cür şəxslər üçün cəza tədbirləri var. Hətta Rusiya Dövlət Dumasında ictimai yerlərdə və internetdə söyüş söyməyə görə nəzərdə tutulan cərimənin 10 dəfə artırılması təklif edilib.

Dövlət Dumasının deputatı Aleksandr Aksenenko İnzibati Xətalar Məcəlləsinə ictimai yerlərdə və internetdə nalayiq sözlərdən istifadəyə görə cərimələrin min rubldan 10 min rubla qədər artırılmasını nəzərdə tutan dəyişikliklər edilməsini təklif edib.

Bəs, ölkəmizdə belə bir qaydanın tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı fikirlərini bölüşən Millət vəkili Ceyhun Məmmədov bu problemdən yeganə çıxış yolu kimi cərimələri görmür:

"Əvvəla tərbiyə yüksək olmalıdır. İnsanlar özlərinə qarşı məsuliyyətli olmalıdırlar. Harada hansı ifadənin işlədilməsinin düzgün olmadığını yaddaşlarına həkk eləməlidirlər. Bunun üçün insanlar arasında dəyərləri təşviq etməli, təbliğatı gücləndirməliyik. O zaman daha yaxşı nəticəyə nail ola bilərik. Yəni çalışmalıyıq ki, cəmiyyətimiz üçün tərbiyəli vətəndaşlar yetişsin. Sonrakı dövrdə digər addımlar atılmalıdır.

Yəni ictimai yerlərdə söyüş ifadələri işlədənlərin gələcəkdə cərimələnməsini nəzərdən keçirmək olar. Bəzi insanlar bilməlidir ki, ictimai yerdə söyüş söyərkən onları hansısa cəza tədbiri gözləyir".

Digər xəbərlər
11:25 Qurbanların sayı artır: İsrail ən azı 6 nüvə alimini öldürüb
11:19 İsrail İranın əks-hücumuna belə hazırlaşır: Əhaliyə xəbərdarlıq edildi
11:14 İran PUA-ları bu qədər vaxta İsrailə çatacaq
10:24 İsrail səfərbərlik elan etdi
10:14 Bu gün 37 dərəcə isti olacaq
09:38 “AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edildi
09:33 İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
09:30 Əhaliyə xəbərdarlıq edildi: İran yaxın saatlarda İsraili vuracaq