hemle

13 yaşlı qızdan uşağı olan kişi ​ilə bağlı hökm dəyişir - Həbs tələb edildi

Tarix:1-04-2025, 19:02
Baxış Sayı:556

 

Ağcabədidə 13 yaşlı qızın ana olması və bu iş üzrə məhkəmə hökmü geniş müzakirələrə səbəb olub. Yetkinlik yaşına çatmayan şəxslə dəfələrlə cinsi əlaqədə olmaqda təqsirli bilinən 24 yaşlı Ceyhun Ağayevin şərti cəzalandırılması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Təqsirləndirilən şəxsə şərti cəza təyin edilməsi prokurorluğu da narazı salıb. Eyni əsasla bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.

Məhkəmənin 12 mart 2025-ci il tarixli hökmü ilə Ceyhun Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bu cəzanı 1 il sınaq müddəti təyin olunmaqla şərti hesab edib.

Prokurorluq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayətin ictimai təhlükəliliyini və ağırlığını nəzərə almadan, qanunvericiliyin prinsiplərinə uyğun olmayan yüngül cəza təyin edib.

Bu səbəbdən, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə sanksiya həddində azadlıqdan məhrumetmə cəzasının verilməsi tələb olunur.

Protestə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

Digər xəbərlər
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar
08:25 "Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
08:20 Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
08:17 Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
08:15 Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər
08:11 Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər
08:08 Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı