hemle

Makron Paşinyana beş müşavir göndərib: İrəvanda nə planlaşdırılır?

Tarix:24-03-2025, 23:14
Baxış Sayı:440




Ermənistan hökumətində və bir sıra nazirliklərdə Ermənistan və Avropa İttifaqı arasında Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin (CEPA) icrası üzrə məsləhətçilər peyda olur.

Bunu Ermənistan Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Avropaya inteqrasiya üzrə parlament komissiyasının iclasında XİN-in hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, Aİ-nin yüksək rütbəli müşaviri artıq Ermənistan hökumətinə ezam olunub, Fransa isə müxtəlif nazirliklərə beş müşavir göndərib. Digər ölkələrdən ekspertlərin dəvət olunması imkanları da nəzərdən keçirilir.

Hovhannisyan xatırladıb ki, yaxın aylarda Aİ ilə danışıqların gündəliyi üzrə yeni sazişin imzalanması planlaşdırılır. Bunun Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının ilkin olaraq iyuna planlaşdırılan növbəti iclasında baş verəcəyi gözlənilir.

Müvafiq qanun layihəsinin təqdim edilməsi təşəbbüsü 60 min vətəndaş imzası toplayan bir sıra ictimai-siyasi təşkilatlara məxsusdur. Ermənistan Konstitusiyasına görə, vətəndaş cəmiyyətinin təklif etdiyi qanun layihəsinə baxılması üçün azı 50 min imza lazımdır.

Baş nazir Nikol Paşinyan bir müddət əvvəl vurğulamışdı ki, sazişin imzalanması Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil – belə bir qərar referendum yolu ilə qəbul edilməlidir. Daha sonra o qeyd edib ki, Ermənistan Aİİ və İranla əməkdaşlıqda maraqlıdır, lakin eyni zamanda “xalqın müəyyən və həssas hissəsi” ölkənin Avropa inkişaf yolunu dəstəkləyir.

Kreml bəyan edib ki, eyni zamanda Aİİ və Aİ-yə üzv olmaq mümkün deyil. Rusiya baş nazirinin müavini Aleksey Overçuk qanun layihəsinin müzakirəsini Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirib.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR