hemle

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı SAXLANILDI

Tarix:23-03-2025, 10:37
Baxış Sayı:443

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya vətəndaşları ölkədə ictimai asayişi pozan hərəkətlərdən çəkinməyə çağırıb.

Nazir son günlər doqquz vilayətdə keçirilmiş icazəsiz aksiyalarla əlaqədar ümumilikdə 343 nəfərin saxlanıldığını açıqlayıb.

"Prokurorluq orqanlarının İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı araşdırmalarla bağlı keçirilən aksiyalar gecə saatlarında Ankara, İstanbul, İzmir, Antalya, Eskişehir və digər şəhərləri əhatə edib. Türkiyədə sabitlik və təhlükəsizliyi pozmağa cəhd göstərən şəxslərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Polis fasiləsiz rejimdə öz vəzifələrini yerinə yetirməyə davam edir", - deyə nazir qeyd edib.

İstanbul Baş Respublika Prokurorluğu bundan əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu və digər onlarla şəxsin saxlanılması üçün order verib. Onlar Türkiyə Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən cinayətkar təşkilatlara rəhbərlik və onlarla əlbir olmaq, terrorizm, rüşvətxorluq, dələduzluq, şəxsi məlumatlara qanunsuz giriş, tenderlərin keçirilməsi zamanı qanunsuz əməllər törətməkdə ittiham olunurlar.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu