hemle

İrəvanda rezonans doğuran “Qarabağ” mahnısı ilə bağlı yeni açıqlama

Tarix:21-03-2025, 23:00
Baxış Sayı:399

Vətəndaşların Respublika meydanında olmaq və orada asudə vaxtlarını keçirmək hüquqları var.

Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sərkisyan İrəvanın mərkəzində səsləndirilən Azərbaycan mahnısı ilə bağlı sualları cavablandırarkən deyib.

"MTX artıq rəsmi açıqlama verib. Xahiş edirəm, bu hadisədən spekulyasiya məqsədilə istifadə etməyin və ona dövlətlərarası xarakter verməyin”, – deyə Sarkisyan vurğulayıb.

Xatırladaq ki, 30 yanvar tarixində sosial şəbəkələrdə bir qrup insanın İrəvanın mərkəzi meydanında Azərbaycan dilində "Qarabağ" mahnısını oxuduğu video yayımlanıb və bu, erməni cəmiyyətində geniş ictimai rezonans doğurub.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) açıqlama verərək, hadisənin iştirakçılarının İrandan gələn və ölkədə 30 dekabr - 3 yanvar tarixlərində olan vətəndaşlar olduğunu bildirib. MTX-nin sorğusu əsasında İstintaq Komitəsi videonu sosial şəbəkədə yayımlayan şəxsi saxlayıb, lakin sonradan məhkəmə onu azad edib.

Məsələ ilə bağlı İranın Ermənistandakı səfiri Mehdi Sübhani də şərh verib. O bildirib ki, irqçi və ya millətçi şüarlar səsləndirən şəxslər İran xalqını təmsil etmir və ölkənin rəsmi mövqeyini əks etdirmir.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu