hemle

Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq

Tarix:21-03-2025, 22:52
Baxış Sayı:466

"Ermənistanın baş naziri Nikol Paşinyan çox çalışır ki, Türkiyə Ermənistan-Azərbaycan sülh sazişi imzalamadan ölkəsi ilə sərhədi açsın".

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Ankaranın mövqeyi qətidir: "Türkiyə tərəfinin mövqeyi budur: “İrəvan sərhədin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalıdır”. Sülh sazişinin imzalanması ləngidiyindən Paşinyan Türkiyə ilə sərhədin açılması üçün başqa variantlar üzərində düşünür. Paşinyanın təlimatıyla bir neçə gün əvvəl Türkiyənin bir qrup jurnalisti İrəvana dəvət edilir. Ermənistanın baş naziri onların suallarına cavabında Türkiyə ilə münasibətlərin normallaşmasını istədiyi fikrini dönə-dönə təkrarlayır. Bundan sonra Paşinyan Türkiyə istiqamətində ikinci addımını atır. İrəvan Suriyaya humanitar yük göndərmək adıyla Türkiyənin sərhədi müvəqqəti açmasını xahiş edir. Ankara bu xahişə “yox” deyə bilməzdi, çünki söhbət Türkiyənin də dəstək verdiyi Suriyaya humanitar yardımın çatdırılmasından gedir. Beləcə, İrəvandan Suriyaya humanitar yardım aparan 4 yük maşını martın 21-də Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsindən keçib. Bu keçid məntəqəsi martın 31-dək açıq olacaq. Bununla 1993-cü ildən bağlı olan sərhəd məntəqəsi ilk dəfə açılmış oldu. Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan sərhədin müvəqqəti açılmasına görə türk həmkarlarına təşəkkür edib".

Politoloqun fikrincə, Paşinyan bu sərhədin açıq qalması üçün Suriyaya kiçik həcmdə olsa belə humanitar yardımlar göndərməkdə davam edəcək.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu