hemle

Amerikanın kosmik gəmisi BKS-ə yaxınlaşdı

Tarix:16-03-2025, 11:13
Baxış Sayı:427

Amerikanın "SpaceX" şirkətinə məxsus təkrar istifadə edilə bilən kosmik gəmi "Crew Dragon" Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla yanaşdı.

Bu barədə NASA məlumat yayıb.

Bildirilib ki, "Crew Dragon" martın 16-na keçən gecə BKS-ə yaxınlaşıb. Proses ABŞ-ın Şərq Sahil vaxtı ilə saat 00:04-də (Bakı vaxtı ilə 08:04) başa çatıb. Beləliklə, bütün səyahət təxminən 28 saat çəkib.

Kosmik gəminin göyərtəsində rus kosmonavtı Kirill Peskov da daxil olmaqla 4 nəfər olub. Ekipajda astronavtlar Nikol Ayers və Enn Makkleyn və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən Takuya Onişi də yer alıb.

"Crew Dragon" ilə "Falcon 9" raketinin buraxılışı əvvəlcə martın 12-də axşama planlaşdırılıb. "SpaceX" rəhbərliyi kosmik gəminin buraxılışına bir saatdan az qalmış ləğv edib.

Daha sonra NASA bildirib ki, şirkət əlverişsiz hava şəraiti səbəbindən bu qərarı verib. "Crew Dragon" uçuş yolu boyunca güclü külək və yağıntı proqnozlaşdırılırdı.

Nəticədə martın 14-ü axşam saatlarında "Crew Dragon" ilə "Falcon 9"un buraxılışı baş tutub. Raket daşıyıcısı ABŞ-ın Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən buraxılıb.

Digər xəbərlər
12:14 Agentlikdən "Son zəng"də şagirdlərin geyim forması ilə bağlı xəbərdarlıq
12:10 Qızıl satanlar cərimə oluna bilər
12:07 ​“WhatsApp”a yeni düymə əlavə edildi
12:05 Enerji içkilərindəki böyük təhlükə - Diqqətli olun
12:02 Ukraynada avtobus PUA ilə vuruldu - Ölənlər və yaralananlar var
10:09 Xalq artisti Aygün Səmədzadəyə vəzifə verildi
10:05 Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu
10:02 “Starlink”in daha 26 internet peyki orbitə çıxarıldı