hemle

Qukasyandan daha bir ETİRAF: ""Qarabağ məhsulları"nın üzərində..."

Tarix:13-03-2025, 21:18
Baxış Sayı:446



Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin "büdcə"sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib.

A.Qukasyan qondarma rejimin "büdcə"sinə Ermənistan tərəfindən ayrılan vəsaitin "kredit" adlandırıldığını, lakin həmin "kredit"in faizsiz və müddətsiz olduğunu bildirib.

"O zaman "faizsiz kreditlər" adlandırılırdı. Yəni yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan "ixrac olunan" və "idxal edilən" məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı "idxal" və "ixrac"la bağlı Ermənistan Respublikasının Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də "faizsiz kreditlər"ə daxil idi", - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs deyib ki, "Qarabağın məhsulları"nın Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın "kredit" adı ilə qondarma rejimin "büdcə"sinə ayırdığı vəsaitdən az idi.

O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə "ixrac edilən" "Qarabağ məhsulları"nın üzərində onların hansı ölkəyə aid olması barədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Digər xəbərlər
22:16 Bu tarixdən məktəblərdə yaz tətili başlayır
22:12 Siyasi partiya nümayəndələri Laçına səfər etdilər
21:45 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydalar dəyişdi
21:40 İnsan bədənində yeni xərçəng "PROVOKATOR"U TAPILDI
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq