hemle

Bir ildə iki Ramazan ayı - Həmin tarix açıqlandı

Tarix:Dünən, 10:08
Baxış Sayı:501



2030-cu ildə Ramazan ayının iki dəfə yaşanacağı xüsusi bir il olacaq.

Bu barədə "TGRT News"məlumat verib.

Hicri təqvimi Miladi təqvimdən təxminən 10-12 gün qısa olduğu üçün Ramazan ayı hər il bir qədər tez başlayır. Bu dövr təxminən hər 33 ildən bir tamamlanır və Ramazanın eyni tarixə qayıtmasına imkan verir. Bu səbəbdən bəzi illərdə xüsusi hallar yaşana bilər.

2030-cu il bu xüsusi hallardan biri kimi önə çıxır. Bu ildə Ramazan ayı yanvar ayında başlayacaq və bir ay davam edəcək və yenidən ilin sonunda, dekabrda başlayacaq. Beləliklə, müsəlmanlar 2030-cu ildə iki dəfə Ramazan orucunu tutmuş olacaqlar.

Növbəti il, 2031-ci ildə Ramazan ayı şimal yarımkürəsində qış aylarına düşəcək. Günlərin ən qısa olduğu bu dövrdə oruc tutma müddəti də maksimal dərəcədə qısa olacaq.

Ən qısa oruc tutma müddəti 2031-ci ildə olacaq, bunun əksi 2047-ci ildə baş verəcək. Həmin il Ramazan ayı iyun ayına düşəcək və ən uzun günlərdə oruc tutulacaq. Xüsusilə də şimal yarımkürəsində günlərin 18-20 saatdan çox davam etdiyi ölkələrdə oruc tutma müddəti kifayət qədər uzun olacaq.

Digər xəbərlər
21:06 Hava durumu ilə bağlı xəbərdarlıq - DİQQƏTLİ OLUN
20:57 Oruc zamanı diqqət edilməli məqamlar
20:49 DƏNİZİ BARIT QOXUSU BÜRÜDÜ - Rusiya və İran donanması...
20:45 Bir gündə üç rayon silkələndi: Azərbaycanda güclü zəlzələ gözlənilir?
20:29 Cəbrayıl, Zəngilan və Füzuli rayonlarında buraxılış imtahanı keçirildi
20:19 Ramazanın 10-cu günü: dua, imsak və iftar vaxtı
20:15 İsraildən Qəzza ilə bağlı KRİTİK QƏRAR: "Dərhal dayandırın..."
14:05 "Azəriqaz" İB-nin baş direktoru İsmayıllı rayonunda 50-yə yaxın vətəndaşı qəbul edib