hemle

Ramazanın 7-ci günü: dua, imsak və iftar vaxtı

Tarix:Dünən, 22:39
Baxış Sayı:445

Martın 7-də Ramazan ayının yeddinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən Bakıda imsak saat 05:40-da, iftar isə saat 18:53-dədir.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

Ramazan ayının 7-ci gününün duası

Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin.

Tərcüməsi:

İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!

Qeyd edək ki, qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə düşür.

Martın 30-da isə fitr bayramı qeyd olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.

Digər xəbərlər
23:00 SSRİ-ni çökdürən hücum planı – Tramp Putinə Qorbaçovun taleyini hazırlayır?
22:39 Ramazanın 7-ci günü: dua, imsak və iftar vaxtı
22:30 Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində
22:22 Qaraciyəri məhv edən 17 dərman - ŞOK ARAŞDIRMA
22:09 Azərbaycanda ən populyar sosial şəbəkə görün hansıdır
12:45 Ağadadaş Ağayevə hökm oxundu
10:40 Bakının iki rayonunda qaz olmayacaq
10:35 "YouTube" qaydaları sərtləşdirir