hemle

Azərbaycanda uşaqlar və böyüklər arasında yayılan virus nədir? - Baş infeksionist DANIŞDI

Tarix:4-03-2025, 20:55
Baxış Sayı:556

Azərbaycanda son zamanlar əsasən uşaqlar arasında, ishal, qusma və qızdırma ilə müşayiət olunan virus yayılıb.

Bu simptomlarla bağlı xəstəxanalara üz tutanların sayı az deyil.

Bəzi xəstəxanalarda bu cür xəstələrə adətən qabaqlayıcı və immun gücləndirən tədbirlər görülür.

Sözügedən xəstəliklə bağlı Səhiyyə Nazirliyinə müraciət ünvanladıq. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, soyuq aylarda hərarətin yüksəlməsi, kataral əlamətlər, ürəkbulanma, qusma, qarında sancışəkilli ağrılar, ishal kimi əlamətlərlə keçən xəstəliklər adətən virus mənşəli olur:

"Bu cür simptomatika rotovirus, adenovirus və digər infeksiyaların klinik seyrinə xasdır. Praktikada bu viruslara ən çox uşaqların, eləcə də böyüklərin yoluxaraq xəstələnməsinə rast gəlinir. Bunlar yeni virus olmayıb, il boyu rast gəlinir, lakin soyuq aylarda bəzən daha da arta bilər. Xəstəliyin gedişi əsasən yüngül olur, xəstələr qısa müddət ərzində sağalırlar. Müalicəsi ancaq simptomatikdir. İnfeksiyanın geniş yayılmasının qarşısının alınması üçün hava-damcı, təmas, bağırsaq infeksiyalarına aid edilən profilaktik qaydalara əhali tərəfindən əməl olunmalıdır".

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları