hemle

Zelenski Ağ Evdəki qalmaqaldan sonra TRAMPA SƏSLƏNDİ

Tarix:4-03-2025, 20:46
Baxış Sayı:455

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə münaqişədən təəssüfləndiyini bildirib.

O, sosial şəbəkədəki səhifəsində müvafiq paylaşım edib.

“Cümə günü Ağ Evdəki görüşümüz ümidləri doğrultmadı. Baş verənlərə təəssüflənirəm. Vəziyyəti düzəltməyin vaxtıdır”, – Zelenski qeyd edib.

Ukrayna Prezidenti sülhə nail olmaq üçün "prezident Trampın güclü rəhbərliyi altında" əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də Oval kabinetdə Tramp və Zelenski arasında baş tutan görüş mübahisə ilə yekunlaşıb. ABŞ lideri Ukrayna prezidentini atəşi dayandırmaq istəməməkdə ittiham edərək, Kiyevin əlində Rusiyaya qarşı münaqişədə “güclü kartların” olmadığını deyib. Bu mübahisədən sonra Zelenski Ağ Evi tərk edib.

Digər xəbərlər
12:45 Ağadadaş Ağayevə hökm oxundu
10:40 Bakının iki rayonunda qaz olmayacaq
10:35 "YouTube" qaydaları sərtləşdirir
10:31 Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar açıqlandı
10:22 Makron Rusiyanı təhlükə olaraq görür: bəs yeni səfiri Moskvaya niyə göndərir?
10:13 Ermənistan Rusiyaya münasibətini dəyişir: Çox tezliklə Paşinyanın psixi transformasiyasını...
10:05 Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
09:58 Makron Aİ-nin müdafiəsi üçün nüvə silahından istifadə etmək istəyir