hemle

Azərbaycanda ödənişlər üztanıma ilə həyata keçiriləcək

Tarix:Dünən, 15:03
Baxış Sayı:501

Yaxın gələcəkdə SİMA platformasına daxil olan "SİMA Pay" vasitəsilə üz ilə ödəniş xidmətimiz istifadəyə veriləcək.

Bu sözləri açıqlamasında "AzInTelecom"un ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Amin Nəzərli deyib.

"Yaxın gələcəkdə SİMA platformasına daxil olan digər bir məhsulumuz - "SİMA Pay" vasitəsilə üz ilə ödəniş xidmətimiz istifadəyə veriləcək. Azərbaycanda bu bir ilk olacaq. İnsanlar öz üzlərini kameraya tanıtmaqla ödəniş edə biləcəklər. Bu, ilk növbədə dəmir yollarında tətbiq ediləcək. Hər bir insan üzü vasitəsilə qeydiyyatdan keçib ödəniş kartını əlavə edəcək.

Belə ki, insanlar turniket qarşısında kameraya üzlərini tutacaqlar və bir-iki saniyə ərzində ödəniş icra olunacaq. Bunun üçün sadəcə insanlar üzlərini tətbiqə tanıdaraq qeydiyyatdan keçəcəklər, daha sonra ödənişləri üzlərini dəmir yollarında quraşdırılacaq müvafiq cihazlara tanıtmaqla ödənişi icra edə biləcəklər.

Dəmir yollarında bu sistemin tətbiqindən sonra ictimai nəqliyyatın digər növlərində, eləcə də ictimai iaşə obyektlərində də eyni prosesin reallaşdırılmasını planlaşdırırıq", - deyə qurum nümayəndəsi vurğulayıb.

"Biz yaxın gələcəkdə "SİMA imza" ilə bir çox vergi xidmətlərinin elektronlaşdırılmasını təmin edəcəyik. Artıq "SİMA imza"nın istifadəçi sayı 3,5 milyonu ötüb. Bu, bir daha onu göstərir ki, artıq kifayət qədər vətəndaşlar bu tətbiqdən faydalanır", - A.Nəzərli qeyd edib.

O bildirib ki, qurum bu il biznes, korporativ mühitə doğru yönəlməyə fokuslanıb:

"SİMA İmza" olaraq vergi, maliyyə və biznes mühitlərində bir çox proseslərin rəqəmsallaşdırılmasına yaxından töhfəmizi verməyə çalışırıq.

Bu ilin 3-cü rübündə dövlət qurumları da artıq "SİMA imza" əldə edib, onunla bir sıra sənədlərinin elektron formada imzalanmasını təmin edə biləcək".

Digər xəbərlər
21:28 Qiymətləndiricilər Palatanın qarşısındakı öhdəliklərə riayət etməlidir” – AQP rəsmisi
15:08 İftarda edilən bu səhvlər infarkt edə bilər
15:03 Azərbaycanda ödənişlər üztanıma ilə həyata keçiriləcək
14:59 Erkən yaddaş pozğunluqlarının mümkün səbəbləri NƏLƏRDİR?
14:57 Oğuzda narkotik alverçiləri saxlanıldı
14:53 Zirehli texnikaya Hökumə Əliyevanın adı verildi
14:50 Ali məktəblərə qəbulun yeni qaydaları qüvvəyə mindi - Bu gündən
14:44 DYP-dən xəbərdarlıq: Buzlu yollarda...