hemle

18 gün iş olmayacaq

Tarix:1-03-2025, 10:18
Baxış Sayı:440

Mart ayında Azərbaycanda 18 gün istirahət günü olacaq.

Bu müddətin 12 günü ardıcıl qeyri-iş günüdür.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi. Bundan başqa, 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı. Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.

Bundan başqa, martın 1,2, 8,9, 15 və 16-sı şənbə-bazara düşür. Beləliklə, 31 təqvim günündən ibarət olan mart ayının 18-i istirahət günüdür.

Digər xəbərlər
21:06 Hava durumu ilə bağlı xəbərdarlıq - DİQQƏTLİ OLUN
20:57 Oruc zamanı diqqət edilməli məqamlar
20:49 DƏNİZİ BARIT QOXUSU BÜRÜDÜ - Rusiya və İran donanması...
20:45 Bir gündə üç rayon silkələndi: Azərbaycanda güclü zəlzələ gözlənilir?
20:29 Cəbrayıl, Zəngilan və Füzuli rayonlarında buraxılış imtahanı keçirildi
20:19 Ramazanın 10-cu günü: dua, imsak və iftar vaxtı
20:15 İsraildən Qəzza ilə bağlı KRİTİK QƏRAR: "Dərhal dayandırın..."
14:05 "Azəriqaz" İB-nin baş direktoru İsmayıllı rayonunda 50-yə yaxın vətəndaşı qəbul edib