hemle

Daşnakların Qarabağı yenidən işğal etmək niyyəti: Nəyə ümid edirlər?

Tarix:19-02-2025, 14:36
Baxış Sayı:445

Geosiyasi müstəvidə ABŞ-Rusiya danışıqlarının əsas gündəm olduğu vaxt Ermənistanda revanşist qüvvələr yenidən ümidlənib. Daşnaklar ümid edirlər ki, Qarabağı yenidən işğal edə bilərlər.

“Daşnaksütyun” partiyasının üzvü, “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçartyanın iddiaları bu kontekstdə xüsusilə diqqət çəkir.

Xaçatryan bildirib ki, dünyada və regionda baş verənlər ya tamamilə məhvə, ya da ümid qapılarının açılmasına doğru gedir.

“Buna görə Qarabağ məsələsini qapalı hesab etməyə tələsməyin. Ermənistan hakimiyyəti çox yöndəmsiz vəziyyətdə qalır. Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin tələbini yerinə yetirərək, Minsk qrupunun buraxılmasına haqq qazandırmağa çalışır. Halbuki, dünən Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasındakı danışıqlarda təkcə Ukrayna deyil, həm də Qafqaz və Mərkəzi Asiya da müzakirə edilib”, - o iddia edib.

Səudiyyədə keçirilən görüşdə belə bir müzakirə haqda nəinki informasiya, heç ehtimal belə yoxdur. Bu, daşnakların xəyallarından başqa bir şey deyil.

Digər xəbərlər
21:04 Yük maşınları yeni qaydada yoxlanılacaq
17:14 Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
17:11 Metroda bu yeniliklər olacaq
17:07 Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olundu
17:04 MEDİA kiberhücumla bağlı məlumat yaydı
16:59 Ermənilər abxazlarla da “qanlı-bıçaq” oldular: Rusiya işə qarışdı
13:44 Azərbaycanda bu saytlar kütləvi haker hücumuna məruz qaldı - SİYAHI
13:34 Gənclər və idman nazirinin səlahiyyətləri artırıldı