hemle

"Google" "YouTube"la bağlı bu məlumatları bizdən gizlədir

Tarix:16-02-2025, 22:52
Baxış Sayı:501

Fevralın 14-də "YouTube"un fəaliyyətə başlamasının 20 ili tamam oldu. Platforma haqqında müxtəlif araşdırmalar aparılsa da, onun əsas göstəriciləri (ümumi baxış müddəti, video sayı və digər statistikalar) "Google" tərəfindən gizli saxlanılır.

Bu barədə "BBC" xəbər verir.

Araşdırmalara görə, "YouTube"un aylıq aktiv istifadəçi sayı 2,5 milyard nəfərdir. Orta hesabla bir istifadəçi ayda 29 saat video izləyir. Bu, dünya üzrə hər ay 8,3 milyon il videoya baxıldığını göstərir.

Massaçusets Universitetinin tədqiqatçıları platformadakı videoların sayını öyrənmək üçün xüsusi proqram hazırlayıblar. Onların hesablamalarına görə, 2022-ci ildə "YouTube"da 9 milyarddan çox video olub. 2024-cü ildə bu rəqəm 14,8 milyarda çatıb.

Araşdırmalar göstərir ki, "YouTube"a yerləşdirilən videoların çoxu peşəkar kontent deyil. Videoların cəmi 0,21%-i gəlir gətirmək məqsədilə paylaşılıb. 4%-dən azında izləyicilərə abunə olmaqla bağlı çağırış edilib. Videoların ortalama uzunluğu 64 saniyədir. 4% video isə ümumiyyətlə izlənilməyib.

Ekspertlər hesab edirlər ki, "YouTube" sadəcə bir platforma deyil, qlobal informasiya ekosisteminin vacib hissəsidir və onun fəaliyyəti ilə bağlı məlumatlar daha əlçatan olmalıdır. Bununla belə, "Google" platformanın əsas göstəriciləri barədə məlumat verməkdən imtina edir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ