hemle

Ukraynada “Ukraynasız sülh” - Kiyev üçün təhlükəli plan

Tarix:14-02-2025, 09:48
Baxış Sayı:455

Ukraynada “Ukraynasız sülh”: ABŞ və Rusiyanın müharibənin dayandırılması ilə bağlı razılaşmasında Kiyev üçün ən ağrılı məqamlardan biri budur. Artıq bununla bağlı açıq işarələr var.

- Peskov bildirib ki, “Kiyev danışıqlarda bu və ya digər formada iştirak edəcək, lakin Rusiya Ukrayna üzrə danışıqlarda ABŞ-ı əsas həmsöhbət hesab edir”;
- Tramp Putinlə razılaşdıqdan sonra detalları Zelenskiyə təqdim etdi;
- Vaşinqton rəsmi Kiyevin mövqeyini nəzərə almadan Ukraynada Rusiyaya güzəştə gedir: Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdən çıxarılır; 2014-cü ildən əvvəlki sərhədlər təmin edilmir – Krım və Donbasın böyük hissəsi danışıqlar başlanmamışdan öncə Moskvaya verilir;
- Tramp və Putin Səudiyyə Ərəbistanında keçirilməsi razılaşdırılan görüşündə Ukrayna yer almır;
- Avropa İttifaqının Tramp-Putin razılaşması ilə bağlı “Ukrayna və Avropa sülh danışıqlarında iştirak etməlidir” mövqeyi də “Kiyevsiz danışıqlar” riskinin aktuallığından qaynaqlanır;

Zelenski Ukraynasız sülh danışıqlarını qəbul etməyəcəklərini bəyan edib. Hərçənd, buna nə dərəcədə nail ola biləcəkləri sual altındadır.

Digər xəbərlər
21:01 "Google" "Gemma 3" süni intellekt modelini təqdim etdi
16:35 Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR
16:34 Azərbaycanda bu şəxslərə də müavinət veriləcək
16:31 Bakıda bu evlər bahalaşdı
16:28 Sabaha olan hava PROQNOZU
16:26 Hamının içdiyi bu QRİP DƏRMANLARI narkotik tərkibli imiş
16:23 30 günlük atəşkəs təklifi: Kremldən ilk reaksiya gəldi
16:20 “Bolt” sürücüləri kütləvi blokladı - TAKSİ QİYMƏTLƏRİ ARTACAQ?